Loğman Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.
Bünyadov-Məmmədəliyev:
Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.
Elmir Quliyev :
Он создал небеса без опор, которые бы вы могли увидеть, воздвиг на земле незыблемые горы, чтобы она не колебалась вместе с вами, и расселил на ней всяких животных. Мы ниспослали с неба воду и взрастили там всякие благородные виды.
Ələddin Sultanov:
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik. (Müasir bəzi təfsirlərdə göylərin dirəksiz yaradılması “cazibə qüvvəsi” kimi izah edilmişdir.)
Kerbelayi Malik ağa:
Göyləri gördüyünüz kimi dirəksiz olaraq yaratdı sizi yırğalamasın deyə sabit, möhkəm yüksək dağlar yaratdı. Orada hər növ heyvanlardan yayıb çoxaltdı. Göydən su endirdik, beləcə orada gözəl bitkilərin hər cütündən yetişdirdik.
Ələsgər Musayev:
Xəlq etdi səmaları dirəksiz, necə ki, görürsünüz onu. Atdı ərzə möhkəm dayaqlar ki, sizinlə birlikdə titrəməsin. qaldırdı orada külli canlılardan. Biz nazil etdik səmadan su bitirdik orada külli kəramətli zövcdən.
A.Mehdiyev və D.Cəfərli:
(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə yerdə sabit, möhkəm dağlar bərqərar etdi ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl dəyərli bitkilərin hər cütündən bitirdik.
Kövsər Tağıyev:
Allah göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Yer üzünə sizi silkələməsin deyə möhkəm dağlar yerləşdirdi orada hər cür canlı yaydı. Göydən yağış endirib orada cürbəcür gözəl faydalı bitki bitirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
O, göyləri gözlərinizlə gördüyünüz bir dirək olmadan yaratdı. Sizi titrətməsin deyə yerə (dağlan) lövbər atdı. Oraya hər cür canlılar yaydı. Biz göydən su endirib orada hər növ gözəl bitkilər bitirdik.
Sabirə Dünyamalıyeva:
Allah, göyləri dayaq olmadan əmələ gətirmişdir, bunu görürsünüz. Yer üzündə də, sizə süfrə açsın deyə möhkəm duran dağlar qoymuşdur oralarda irili-xırdalı hər canlıdan törədib yaymışdır. Biz göydən su endirdik, beləliklə orada qiymətli bitkilərin hər cütündən bitirdik.