Səba Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Davuda Özümüzdən bir lütf bəxş etdik (və buyurduq:) “Ey dağlar quşlar! Onunla birlikdə (Allahın şəninə) təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şəninə təriflə deyin!” deyə buyurduq dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).
Elmir Quliyev :
Мы одарили Давуда (Давида) милостью от Нас и сказали: горы и птицы! Славьте вместе с ним!" Мы сделали железо мягким для него.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz Davuda Öz tərəfimizdən bir üstünlük verib: “Ey dağlar quşlar, onunla birlikdə Allahı təsbeh edin!” (- buyurduq) dəmiri onun üçün yumşaltdıq.
Kerbelayi Malik ağa:
And olsun ki, Davuda (ə.s) Bizdən bir fəzilət verdik. Ey dağlar, onunla birlikdə mənə yönəlin ey quşlar siz də! Biz onun üçün dəmiri yumşaltdıq.
Ələsgər Musayev:
Əlbəttə, əta etdik Davuda Öz tərəfimizdən fəzl: «Ay dağlar quşlar, onunla birlikdə saya salın, tərifləyin!» Biz onun üçün dəmiri yumşaltdıq:
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf rəhmət əta etdik (belə ki, dağları quşları ona ram etdik dedik:) «Ey dağlar ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki,
Kövsər Tağıyev:
And olsun, Davuda tərəfimizdən bir lütf verdik. “Ey dağlar quşlar! Onunla birlikdə təsbih edin”, dedik
M.Qənioğlu və T.Bilaloğlu:
Davuda Özümüzdən bir lütf verdik (və dedik): "Ey dağlar quşlar! Onunla birlikdə (Allaha) təriflər deyin!" Onun üçün Biz dəmiri yumşaltdıq.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz Davuda Öz dərgahımızdan bir üstünlük quşları verdik; "Ey dağlar! Onunla birlikdə dönün!" onun üçün dəmiri yumşaltdıq: