Saffat Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
Bünyadov-Məmmədəliyev:
Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir məşəl) təqib edər.
Elmir Quliyev :
Но если кто из дьяволов выхватит слово, то за ним последует яркий пылающий огонь.
Ələddin Sultanov:
Ancaq (mələklərin məclisindən bir söz dinləyib) çırpışdıran olarsa, dərhal alovlu bir ulduz onu təqib edər.
Kerbelayi Malik ağa:
Ancaq kim bir söz qapıb qaçsa, o təqdirdə yandırıb-yaxan bir alov onu izləyər (onu vurub yox edər).
Ələsgər Musayev:
Ancaq kim qulaq asmaq istəsə, od şöləsi onu təqib edər.
A.Mehdiyev və D.Cəfərli:
Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə parlaq ulduz (şölələnmiş od) təqib edər.
Kövsər Tağıyev:
Ancaq onlardan söz oğurlayan olar. Onu da dəlib keçən bir alov təqib edər (və yox edər).
M.Qənioğlu və T.Bilaloğlu:
Lakin (şeytanlardan) kimsə (toplumdan) bir söz qapıb qaçarsa, onu da hər şeyi dəlib keçə bilən axan ulduz təqib edər.
Sabirə Dünyamalıyeva:
onlar kosmosda işə yaramaz, fəaliyyət göstərə bilməz.