Mömin Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyük idi”.
Bünyadov-Məmmədəliyev:
Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: “Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana dəvət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!”
Elmir Quliyev :
Воистину, к неверующим воззовут: "Ненависть Аллаха к вам тогда, когда вас призывали к вере, а вы не веровали, была сильнее, чем ваша ненависть к самим себе".
Ələddin Sultanov:
Kafirlərə: “Şübhəsiz ki, Allahın qəzəbi sizin özünüzə olan qəzəbinizdən daha böyükdür. Çünki siz iman gətirməyə dəvət olunurdunuz, ancaq inkar edirdiniz”, - deyə nida ediləcək.
Kerbelayi Malik ağa:
İnkar edənlərə mütləq səslənilər: ‘Şübhəsiz ki, Allahın qəzəbi sizin nəfslərinizə (bir-birinizə) olan qəzəbinizdən daha böyükdür. İmana dəvət edildiyiniz zaman siz inkar edirdiniz.’
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafir oldular, çağırılacaqlar onunla: «Allahın nifrəti öz nəfsinizə olan nifrətinizdən böyükdür. Onda ki, sizi çağırırdılar imana tərəf, siz, küfr edirdiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən küfr etmiş kəslərə (onlar bəzən Cəhənnəmdə özlərinə bir-birlərinə qəzəblənən zaman) nida edilər ki: «Şübhəsiz, Allahın sizə olan nifrət qəzəbi sizin özünüzə bir-birinizə olan nifrət qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır (buna baxmayaraq) küfr edirdiniz.»
Kövsər Tağıyev:
İnkar edənlər ki var, mütləq onlara: “Allahın (sizə) qəzəbi sizin özünüzə olan qəzəbinizdən daha böyükdür. Çünki siz imana çağırıldığınız zaman inkar edərdiniz”, deyə səslənilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirləri (belə) səsləyəcəklər 'Siz imana dəvət olunanda küfrünüzdə qaldığınız üçün Allahın qəzəbi bir-birinizə olan kin-küdurətinizdən daha böyükdür!"
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərə] belə deyiləcək: "Əlbəttə Allahın nifrəti, sizin özünüzə nifrətinizdən daha böyükdür. Çünki siz imana dəvət olunduğunuz halda küfr işləyirdiniz; Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edirdiniz."