Məhəmməd Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri buna bənzərləri gözləyir.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri buna bənzərləri (belə şeylər) gözləyir!
Elmir Quliyev :
Неужели они не странствовали по земле и не видели, каким был конец их предшественников? Аллах уничтожил их, и неверующих ожидает подобное этому.
Ələddin Sultanov:
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı?! Allah onları məhv etmişdi. Onun bənzəri kafirlərin başına da gələcək.
Kerbelayi Malik ağa:
Onlar yer üzündə gəzib dolaşmadılarmı? Onlardan əvvəlkilərin aqibəti necə oldu baxsınlar! Allah onları tamamilə yox etdi. Onun bir bənzəri kafirlər üçündür.
Ələsgər Musayev:
Ə, onlar seyr edib ərzdə nəzər salmırlarmı, necə oldu aqibəti o kəslərin ki, onlardan qabaq var idilər? Məhv etdi Allah onları. Kafirlər üçün o məsəldən var!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar özlərindən qabaq olmuş kəslərin aqibətlərinin necə olmasına nəzər salmaq üçün yer üzündə gəzmədilər?! Allah onların nəyi vardısa (can, ailə mallarını) məhv etdi (əlbəttə) o aqibət cəzaların bənzəri bu kafirlər üçün olacaqdır.
Kövsər Tağıyev:
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Allah onları yerlə bir etmişdir. İnkar edənlər üçün buna bənzər bir aqibət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar yer üzündə gəzib dolaşaraq onlardan əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər?! Allah onları tarmar etdi. Bu kafirlər üçün buna bənzərləri vardır.
Sabirə Dünyamalıyeva:
Yaxşı, bəs onlar yer üzündə səfər etmədilər mi? Beləcə, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu bir görsünlər. Allah onları yerlə yeksan etdi. Bu kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün onların bənzərləri var.