Əlixan Musayev:
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!
Elmir Quliyev
:
Воистину, верующие — братья. Посему примиряйте братьев и бойтесь Аллаха, — быть может, вы будете помилованы.
Ələddin Sultanov:
Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də (aralarında ədavət olan) qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun.
Kerbelayi Malik ağa:
Möminlər, həqiqətən qardaşdır. Elə isə qardaşlarınızın arasını düzəldin. Allaha qarşı təqva sahibi olun. Ümid edilər ki, beləcə siz rəhmət olunarsınız.
Ələsgər Musayev:
Həqiqətən, inananlar
qardaşdır. Qardaşlarınız arasında islah edin və Allahdan
qorxun, ola ki, rəhm olunasınız.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz.
Kövsər Tağıyev:
Möminlər ancaq qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin. Allaha qarşı gəlməkdən çəkinin ki, sizə mərhəmət edilsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlər həqiqətən qardaşdırlar. Hər iki qardaşınızı barışdırın və Allahdan qorxun ki, bəlkə sizə rəhm edilə.
Sabirə Dünyamalıyeva:
Möminlər ancaq qardaşdırlar. Elə isə mərhəmətə qovuşmaq [sizə rəhm olunması] üçün qardaşlarınızın arasını düzəldin və Allahın mühafizəsi altına daxil olun.