Əlixan Musayev:
Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.
Bünyadov-Məmmədəliyev:
Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
Elmir Quliyev
:
Расходуйте из того, чем Мы вас наделили, до того, как вас постигнет смерть и вы скажете: "Господи! Предоставь мне недолгую отсрочку, и я буду раздавать милостыню и стану одним из праведников".
Ələddin Sultanov:
Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.
Kerbelayi Malik ağa:
Sizdən birinə ölüm gəldiyi zaman: ‘Rəbbim kaş ki, mənə yaxın bir zamana qədər möhlət versən, beləcə mən sədəqə versəm və salehlərdən olsam, olmazmı?’ deməmişdən əvvəl sizə ruzi verdiyim şeylərdən infaq edin.
Ələsgər Musayev:
Infaq edin nədən
ki, sizə ruzi vermişik, ondan qabaq ki, gələr sizdən birinizə
ölüm və deyər: «Rəbbim! Əgər təxirə salsaydın məni yaxın
əcələ qədər, sədəqə verərdim və salehlərdən olardım!
A.Mehdiyev və D.Cəfərli:
Və sizin hər hansı birinizi ölüm haqlayıb (dünyadan getmək anı çatanda): «Ey Rəbbim, niyə məni(m ölümümü) yaxın bir müddətədək təxirə salmadın ki, sədəqə verərək salehlərdən olaydım?!» – deməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin!
Kövsər Tağıyev:
Hər hansı birinizə ölüm yetişib “Ey Rəbbim! Mənə yaxın bir zamana qədər möhlət ver, sədəqə verib salehlərdən olum!” demədən əvvəl sizə ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən birinə ölüm gələn zaman: "Rəbbim, kaş mənə qısa bir müddət möhlət verəydin ki, sədəqə verib əməlisalehlərdən olum!" - deməzdən əvvəl sizə verdiyimiz ruzidən xərcləyin.
Sabirə Dünyamalıyeva:
Və sizdən birinizi ölüm haqlayıb, "Ey Rəbbim! Mənə bir müddət möhlət versəydin, beləliklə, mən də sədəqə verib salehlərdən olardım" deməmişdən əvvəl, sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin.