Əlixan Musayev:
Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!”
Bünyadov-Məmmədəliyev:
Onlar: “Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” – deyəcək,
Elmir Quliyev
:
Они скажут: "Если бы мы прислушивались и были рассудительны, то не оказались бы среди обитателей Пламени".
Ələddin Sultanov:
Onlar: “Əgər (peyğəmbərləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
‘Əgər biz eşitmiş və ya ağıl işlətmiş olsaydıq, alovlu atəş əhlindən olmazdıq.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Əgər biz olsaydıq
eşidən, ya əql etsəydik, olmazdıq əshabında odun
A.Mehdiyev və D.Cəfərli:
Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq».
Kövsər Tağıyev:
Yenə belə deyərlər: “Əgər qulaq assaydıq və ya düşünsəydik, bu alovlu atəşdəkilərdən olmazdıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: "Əgər qulaq assaydıq və ya anlasaydıq, cəhənnəm odu əhli içərisində olmazdıq."
Sabirə Dünyamalıyeva:
Və onlar deyərlər ki: "Əgər biz qulaq assaydıq, yaxud ağlımızı işlətsəydik, bu dəli kimi yanan atəşin əshabı arasında olmazdıq."