Cin Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
Bünyadov-Məmmədəliyev:
Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
Elmir Quliyev :
Мы не знаем, зло ли задумано для тех, кто на земле, или Господь пожелал направить их на прямой путь.
Ələddin Sultanov:
Biz bilmirik ki, bununla yer üzündəkilər üçün şər istənilmiş, yoxsa Rəbbi onlar üçün xeyir istəmişdir.
Kerbelayi Malik ağa:
Həqiqətən biz bilmirik. Yer üzündə olan kimsələr üçün bir şərmi istənildi, yoxsa Rəbləri onların irşad olmalarınımı istədi?
Ələsgər Musayev:
Biz bilmirik ərzdə olanlar üçün şər istəyirlər, ya iradə etdi onlar üçün Rəbləri rəşdə yetişməyi.
A.Mehdiyev və D.Cəfərli:
«Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini xeyrini istəmişdir».
Kövsər Tağıyev:
“Həqiqətən, biz bilmirik, yer üzündəkilərə pislik istənildi, yoxsa Rəbləri onlara xeyir dilədi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bilmirik ki, (bununla) yer üzündəkilər üçün bir pislikmi istənilib, yoxsa onların Rəbbi onlar üçün xeyir diləmişdir?
Sabirə Dünyamalıyeva:
Biz də, yer üzündəkilərə bir pislik edilmək istənilir, yoxsa Rəbblərinin onlara bir yaxşılıqmı etmək istədiyini bilmirik