Əlixan Musayev:
O kəslər ki, mömin kişi və qadınları (yandırmaqla) sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
Elmir Quliyev
:
Тем, которые подвергли искушению (или сожгли в огне) верующих мужчин и женщин и не раскаялись, уготованы мучения в Геенне, мучения от обжигающего Огня.
Ələddin Sultanov:
Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar mömin kişilərə və mömin qadınlara işgəncə edib, sonra da tövbə etməmişlər. Artıq onlar üçün cəhənnəm əzabı və yandırıcı əzab vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər
ki, sınağa çəkdilər inanan kişi və qadınları, sonra tövbə
etmədilər, onlar üçündür əzabı cəhənnəmin və onlara əzab var
oddan.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir.)
Kövsər Tağıyev:
Şübhəsiz, mömin kişilərlə mömin qadınlara işgəncə verib, sonra da tövbə etməyənlərə cəhənnəm əzabı və yanğın əzabı var.
M.Qənioğlu və T.Bilaloğlu:
Mömin kişi və qadınları zülmə məruz qoyub sonra tövbə etməyənlərə cəhənnəm əzabı vardır. Onlar üçün cəhənnəm odu əzabı vardır.
Sabirə Dünyamalıyeva:
Mömin kişi və qadınlara alovlarda işgəncə edib, sonra da tövbə eləməyənlər üçün şübhəsiz ki, cəhənnəm əzabı var,