Əlixan Musayev:
Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır.
Bünyadov-Məmmədəliyev:
Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!
Elmir Quliyev
:
Они не соблюдают по отношению к верующим ни родственных, ни договорных обязательств. Они — преступники!
Ələddin Sultanov:
Onlar bir mömin barəsində nə bir müqaviləyə, nə də bir əhdə riayət edərlər. Onlar əsil həddi aşanlardır!
Kerbelayi Malik ağa:
Möminlər haqqında bir qohumluğa və bir zimmətə (əhdə) riayət etməzlər. Onlar həddi aşanlardır.
Ələsgər Musayev:
Onlar inananlarla münasibətlərində heç bir yaxınlığı
və əhdi gözləmirlər və həmin onlar həddi aşanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır.
Kövsər Tağıyev:
Bir mömin barəsində nə bir qohumluq əlaqəsinə, nə də bir andlaşmaya baxarlar. Onlar həddi aşanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar hər bir möminə münasibətdə nə qohum-qonşuluq əlaqəsinə, nə də bir əhdə riayət edirlər. Onlar həddini aşanlardır.
Sabirə Dünyamalıyeva:
Onlar hər hansı bir mömin barəsində anda və əhdə baxmazlar. Və məhz onlar həddi aşanlardır.