Yunus Surəsi 100. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. (Allah) anlamayanları qəzəbə uğradar.
Bünyadov-Məmmədəliyev:
Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər.
Elmir Quliyev :
Ни один человек не уверует без дозволения Аллаха. Он обрушивает ярость на тех, кто не разумеет.
Ələddin Sultanov:
Allahın izni olmadan heç kim iman gətirə bilməz. O, təfəkkür etməyənləri əzaba düçar edər.
Kerbelayi Malik ağa:
Allahın izni olmadan bir kimsə mömin ola bilməz. Allah anlamayan kimsələrə cəza (əzab) verər.
Ələsgər Musayev:
Heç kəs inanan olmaz, ancaq Allahın izni ilə. ricsi o kəslərin üzərinə edər ki, əql etməzlər.
A.Mehdiyev və D.Cəfərli:
heç kəs Allahın izni köməyi (Onun əqli nəqli hidayəti) olmadan iman gətirə bilməz (və bu, ağıl baxımından da mümkün deyildir). Allah murdarlığı (azğınlığı bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düşünməyən kəslərin üzərinə qoyur.
Kövsər Tağıyev:
Onlar isə belə dedilər: “Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımlar qövmünün təzyiq zülmünə məruz qoyma!”
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın izni olmadan heç kəs iman gətirə bilməz. Cəzanı isə O, ağlı başına gəlməyənlərə verər.
Sabirə Dünyamalıyeva:
Allahın icazəsi/xəbəri olmadan heç kəs iman gətirə bilməz. Allah, murdarlığı/əzabı ağlını işlətməyənlərin üzərinə tökər.