Hud Surəsi 100. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan (izi) qalanı da vardır, yerlə-yeksan olanı da.
Bünyadov-Məmmədəliyev:
Bu, (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur.
Elmir Quliyev :
Это некоторые из повествований о селениях, которые Мы рассказываем тебе. Одни из них все еще существуют, а другие уже скошены.
Ələddin Sultanov:
(Ey peyğəmbər!) Bizim sənə bu söylədiklərimiz (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir. Onlardan izi qalanı da var, biçilmiş əkin kimi yox olanı da.
Kerbelayi Malik ağa:
Bu sənə anlatdığımız ölkələrin xəbərlərindəndir. Onlardan ayaqda qalanlar (izləri hələ itməyənlər) hasad olanlar (izləri silinmiş olanlar) vardır.
Ələsgər Musayev:
Bunlar xəbərləridir kəndlərin ki, hekayət edirik sənə. Onlardan bəziləri durur, bəziləri virandır.
A.Mehdiyev və D.Cəfərli:
Bu, şəhərlərin millətlərin xəbərlərindəndir ki, sənə söyləyirik. Onların bəzisi durur, bəzisi isə biçilib məhv olmuşdur.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Bunlar o məmləkətlərin xəbərlərindən bəziləridir. Onları sənə danışırıq. Onlardan bəziləri ayaq üstədir (yaşayır), bəziləri yıxılıb getmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, məmləkətlərin əhvalatlarıdır ki, Biz sənə danışırıq. Onlardan izi qalan da var, silinib gedən də.
Sabirə Dünyamalıyeva:
Keçmişə dair bu sözlər, şəhərlərin ciddi xəbərlərindən, vacib məlumatlarındandır. Biz, onu sənə söyləyirik; onlardan ayaq üstə qalan biçilmiş əkin [kimi] olan da vardır.