Əlixan Musayev:
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev
:
Аллах доволен первыми из мухаджиров и ансаров, которые опередили остальных, и теми, которые последовали строго за ними. Они также довольны Аллахом. Он приготовил для них Райские сады, в которых текут реки. Они пребудут там вечно. Это — великое преуспеяние.
Ələddin Sultanov:
Mühacirlər və ənsardan (İslam dinini qəbul etmə xüsusunda) ilk önə keçənlərlə yaxşı işlərdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razı olmuşlar. Allah onlar üçün (ağacları) altından çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.
Kerbelayi Malik ağa:
O sabiqun-əl əvvəlin (əvvəlki xeyirlərdə yarışanlardan salah məqamında iradəsini Allaha təslim edərək irşada məmur və məzun təyin olunanlar): Onların bir qismi mühacirindən (Məkkədən Mədinəyə hicrət edənlərdən) bir qismi ənsardan (Mədinədəki yardımçılardan) və bir qismi də onlara (ənsar və mühacirinə) ehsanla tabe olanlardandır. (Səhabə irşad məqamına sahib olduqları üçün onlara tabe olundu). Allah onlardan razı və onlar da Allahdan razıdır. Onlara Allah altlarından çaylar axan cənnətlər hazırladı və orada əbədi olaraq qalacaqlar. Bu, ən böyük (əzim) mükafatdır.
Ələsgər Musayev:
Onlar ki, mühacirlərdən və yardım edənlərdən iman
gətirməkdə qabağa düşdülər və o kəslər ki, yaxşılıqla onlardan
itaət etdilər – Allah onlardan razıdır və onlar da Ondan
razıdırlar. O hazır edib onlar üçün cənnətlər – cari olur altından
onun nəhrlər, həmişəlikdirlər orada əbədi. Budur əzəmətli
səadət!
A.Mehdiyev və D.Cəfərli:
Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!
Kövsər Tağıyev:
İslamı ilk qəbul edən mühacirlər və ənsar ilə yaxşı işlər görməkdə onlara tabe olanlar ki var, Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşdurlar. Allah onlara içindən çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Dində hamını qabaqlamış ilk mühacirlərdən, ənsarlardan və xeyir əməllərdə onların ardınca gedənlərdən Allah razıdır və onlar da Ondan razıdırlar. O, onlar üçün dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur!
Sabirə Dünyamalıyeva:
Mühacir və ənsardan ilk qabaqcıllar və yaxşılaşdırmaqda-gözəlləşdirməkdə onların ardınca gedənlər [ki var]; Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün, içiçində əbədi qalacaqları, altlarından çaylar axan cənnətlər hazırladı. Bax bu, məhz böyük qurtuluşdur.