Əlixan Musayev:
Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş (əzablı) günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
Bünyadov-Məmmədəliyev:
Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri (başlarına gələn müsibətlər) kimi bir gün gözləyirlər!” De: “Gözləyin, doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
Elmir Quliyev
:
Неужели они ждут дней, подобных тем, которые наступили для их предшественников? Скажи: "Ждите, и я подожду вместе с вами".
Ələddin Sultanov:
Onlar özlərindən əvvəl gəlib-keçmiş kimsələrin (əzablı) günlərinin bir bənzərinimi gözləyirlər?” De: “Elə isə gözləyin! Əlbəttə, mən də sizinlə birlikdə gözləyirəm”.
Kerbelayi Malik ağa:
Yoxsa onlardan öncə gəlib getmiş olan günlərin bənzərindən başqasınımı gözləyirlər? ‘Artıq gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm.’ de.
Ələsgər Musayev:
Məgər onlar gözləyirlər ancaq özlərindən
qabaqkıların misli olan günlərimi? De: «Gözləyin, həqiqətən,
mən də sizinlə gözləyənlərdənəm!»
A.Mehdiyev və D.Cəfərli:
Belə olan halda məgər onlar özlərindən qabaq (gəlib) keçənlərin (əzab) günləri kimi bir gün (zəhərli külək, daş yağmuru, yandırıcı ildırım və öldürücü bağırtı) gözləyirlər? De: «Gözləyin, həqiqətən mən də sizinlə gözləyənlərdənəm».
Kövsər Tağıyev:
Musaya və qardaşına: “Qövmünüz üçün Misirdə (sığınacaq) evlər hazırlayın və evlərinizi namaz qılınan yerlər edin. Namazı doğru-düzgün qılın. Möminləri müjdələ!” – deyə vəhy etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar özlərindən əvvəl gəlib-gedənlərin günlərinə bənzər günlərdən başqasınımı gözləyirlər? De: "Gözləyin, mən də sizinlə birlikdə gözləyərəm!”
Sabirə Dünyamalıyeva:
Artıq onlar, sadəcə özlərindən əvvəl gəlib-getmiş olanların məruz qaldıqları günlərin eynisini gözləyirlər? De ki: "Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."