Əlixan Musayev:
De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”
Elmir Quliyev
:
Скажи, что Святой Дух (Джибрил) спустил его (Коран) от твоего Господа с истиной, чтобы укрепить верующих, а также как верное руководство и благую весть для мусульман.
Ələddin Sultanov:
De: “Onu Müqəddəs Ruh (Cəbrail) iman gətirənlərə səbat vermək, müsəlmanları doğru yola yönəltmək və onlara müjdə vermək üçün Rəbbinin dərgahından haqq olaraq nazil etmişdir!”
Kerbelayi Malik ağa:
De ki: ‘Onu (Qurani Kərimi), Rəbbindən haqq ilə amənu olanları sabitqədəm etmək üçün və müsəlmanlara hidayət və müjdə olaraq Ruh'ul Qüds (Cəbrayıl ə.s) endirdi.’
Ələsgər Musayev:
De: «Nazil etdi onu Müqəddəs Ruh sənin
Rəbbindən haqq ilə, sabit etsin o kəsləri ki, iman gətiriblər və
hidayətdir və bəşarətdir təslim olanlar üçün!
A.Mehdiyev və D.Cəfərli:
De: «Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.
Kövsər Tağıyev:
Ey Muhamməd! De ki: “Qur`anı Ruhul-Qüds (Cəbrail) iman edənlərin imanını qüvvətləndirmək, müsəlmanlara doğru yolu göstərmək və onlara bir müjdə olması üçün haqq olaraq endirdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Müqəddəs ruh [Cəbrail] onu haqq olaraq sənin Rəbbindən iman gətirənlərə səbat vermək üçün, müsəlmanlara düz yol göstəricisi və müjdə olaraq nazil etmişdir".
Sabirə Dünyamalıyeva:
De ki: "Allah, onu; nazil etdiyini, Rəbbindən ruhülqüds; "Cəmiyyəti canlandıran Allah qanunları" olaraq, iman etmiş kəslərin güclənərək kök atmaları/möhkəmlənmələri üçün və müsəlmanlara bir müjdə və bələdçi olmaq üzrə, haqq ilə nazil etmişdir.