Əlixan Musayev:
Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
Kafirlər Məni qoyub qullarımı (mələkləri, Üzeyiri, İsanı və başqalarını) özlərinə dost (hami) edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi Mənim əzabımdan əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!
Elmir Quliyev
:
Неужели неверующие полагали, что они сделают Моих рабов своими покровителями и помощниками вместо Меня? Воистину, Мы приготовили Геенну обителью для неверующих.
Ələddin Sultanov:
Kafirlər Məni qoyub qullarımı özlərinə himayəçi tutacaqlarınımı zənn etdilər? Biz cəhənnəmi kafirlər üçün məskən olaraq hazırladıq.
Kerbelayi Malik ağa:
Yoxsa kafirlər qullarımın Məndən başqa dost tutacaqlarınımı zənn etdilər? Şübhəsiz ki, Biz cəhənnəmi kafirlərə bir mənzil olaraq hazırladıq.
Ələsgər Musayev:
Ə, hesab edirlər o
kəslər ki, kafirdirlər, bəndələrimi Mənim əvəzimə dostmu
tutacaqlar? Həqiqətən, Biz hazırlamışıq cəhənnəmi kafirlər
üçün mənzil.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
Kövsər Tağıyev:
İnkar edənlər məni buraxıb qullarımı dost tutacaqlarınımı sandılar? Biz cəhənnəmi kafirlər üçün bir mənzil olaraq hazırladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudanmı kafirlər Məni qoyub bəndələrimi özlərinə himayəçi götürməyi düşünürlər? Biz cəhənnəmi kafirlər üçün bir mənzil kımı hazırlamışıq.
Sabirə Dünyamalıyeva:
Bəs o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər], Mənim altımdakılardan müəyyən köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul edəcəklərini güman edirlərdilər? Şübhəsiz ki, Biz cəhənnəmi kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] bir qonaqlıq [ziyafət] (!) olaraq hazırlamışıq.