Ənam Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Budur Allah sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.
Bünyadov-Məmmədəliyev:
O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!
Elmir Quliyev :
Таков Аллах, ваш Господь. Нет божества, кроме Него, Творца всякой вещи. Поклоняйтесь же Ему! Он является Попечителем и Хранителем всякой вещи.
Ələddin Sultanov:
Budur Rəbbiniz olan Allah! Ondan başqa heç bir ilah yoxdur. O, hər şeyi yaradandır. Buna görə Ona ibadət edin! O, hər şeyə vəkildir (qoruyandır).
Kerbelayi Malik ağa:
Rəbbiniz məhz bu Allahdır. Ondan başqa ilah yoxdur. Hər şeyi yaradandır. Artıq Ona qul olun! O, hər şeyə vəkildir.
Ələsgər Musayev:
Budur Allah Rəbbiniz! Yoxdur ilahi, ancaq Odur - Xaliqidir külli şeyin. İbadət edin Ona! O üzərində külli şeyin Vəkildir!
A.Mehdiyev və D.Cəfərli:
Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən ixtiyar sahibidir.
Kövsər Tağıyev:
Budur Rəbbiniz Allah! Ondan başqa heç bir ilah yoxdur. O, hər şeyin yaradıcısıdır. Elə isə ona qulluq edin. O, hər şeyə vəkil (hər şeyi idarə edən, nəzarət edən) dir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, sizin Allahınız, Rəbbinizdir. Ondan başqa bir tanrı yoxdur hər şeyi xəlq edən Odur. Ona ibadət edin! O, hər şey üzərində zamindir.
Sabirə Dünyamalıyeva:
Budur Rəbbiniz Allah! Ondan başqa məbud yoxdur. Hər şeyi əmələ gətirəndir. Elə isə, Ona ibadət edin. O, hər şey üçün müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edəndir.