Əlixan Musayev:
Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir.
Bünyadov-Məmmədəliyev:
Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri (verdiyimiz vədə əməl edərək) belə xilas etmək Bizə vacibdir.
Elmir Quliyev
:
Потом Мы спасем Наших посланников и тех, которые уверовали. Так Нам надлежит спасать верующих.
Ələddin Sultanov:
Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. İman gətirənləri xilas etmək Bizim borcumuzdur.
Kerbelayi Malik ağa:
Sonra Biz rəsullarımızı və amənu olan kimsələri belə qurtararıq. Möminləri qurtarmağımız üzərimizə haqdır.
Ələsgər Musayev:
Sonra nicat verərik
Öz rəsullarımıza və o kəslərə ki, inanırlar. Belə haqq oldu
Bizim üzərimizə ki, inananlara nicat verək!
A.Mehdiyev və D.Cəfərli:
Sonra (bəla nazil olan zaman) elçilərimizə və iman gətirənlərə nicat veririk. (Bütün əsr və mühitlərdə) möminlərə bu cür n öhdəmizə götürdüyümüz kimi nicat veririk.
Kövsər Tağıyev:
88. Musa belə dedi: “Ey Rəbbimiz! Həqiqətən, Sən Firona və onun əyanlarına dünya həyatında neçə-neçə nemət və mallar əta etdin. Ey Rəbbimiz, sənin yolundan sapdırsınlar deyəmi? Ey Rəbbimiz, sən onların mal-dövlətini məhv et və qəlblərinə darlıq ver. Çünki onlar ağrılı-acılı əzabı görənə qədər iman etməzlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz Öz peyğəmbərlərimizi, eləcə də iman gətirənləri xilas edərik. Möminləri xilas etmək Bizim borcumuzdur.
Sabirə Dünyamalıyeva:
Sonra Biz, elçilərimizi və iman gətirənləri xilas edərik. Bax belə! Möminləri xilas etmək üstümüzə düşən bir vəzifədir.