Hud Surəsi 103. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, bunlarda axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə toplanacağı bir gündür. Bu həm hamının şahid olacağı bir gündür.
Bünyadov-Məmmədəliyev:
Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.
Elmir Quliyev :
Воистину, в этом знамение для тех, кто страшится мучений в Последней жизни. Это будет день, когда будут собраны люди. Это будет день, когда все будут присутствовать.
Ələddin Sultanov:
Həqiqətən, axirət əzabından qorxanlar üçün bunda bir ibrət vardır. O gün, insanların bir yerə toplanacağı (bütün məxluqatın) şahid olacağı bir gündür.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bunda, axirət əzabından qorxan kimsə üçün əlbəttə bir ayə (dəlil) vardır. Bu, insanların toplanma şahidlik günüdür.
Ələsgər Musayev:
Həqiqətən, bunda ayətlər var o kəs üçün ki, axirət əzabından xoflanır. Bu, o gündür ki, insanlar onda cəm olacaqdır bu, o gündür ki, görərlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, bunda (bu hekayət əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət əzəmətinə dair) bir nişanə vardır. O, bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır.
Kövsər Tağıyev:
Şübhəsiz, axirət əzabından qorxanlar üçün bunda bir ibrət var. Bu insanların (sorğu- sual üçün) toplanacaqları bir gündür. Bu, hər kəsin toplanıb bir araya gələcəyi bir gündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, bunda axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, o gündür ki, insanlar onun üçün toplanılacaqlar. Bu, (hamının) görəcəyi gündür!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, axirət əzabından qorxan kəslər üçün bunda həqiqətən bir işarət/nişan var. O, insanların özləri üçün yığışdığı bir gündür həqiqətən görülməli bir gündür.