Əlixan Musayev:
Biz onların: “(Quranı) ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir.
Bünyadov-Məmmədəliyev:
Biz (müşriklərin): “(Quranı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi) öyrədir!” – dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Quranın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Quranın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)
Elmir Quliyev
:
Мы знаем, что они говорят: "Воистину, его обучает человек". Язык того, на кого они указывают, является иноземным, тогда как это — ясный арабский язык.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz onların: “Ona (Quranı) ancaq bir insan öyrədir!” - dediklərini bilirik. Onların nəzərdə tutduqları şəxsin dili başqa bir dildir. Bu (Quran) isə açıq-aşkar ərəb dilindədir. (Müşriklər insanları şübhəyə salmaq məqsədilə, Quranı Peyğəmbərə xristian olan Rum əsilli Cəbra və ya Yaiş adında bir kölənin öyrətdiyini iddia edirdilər. Bu kölə, Rum olduğu üçün ərəb dilini düzgün bilmirdi. Halbuki Quranın ədəbi üslubu qarşısında ərəb ədibləri və şairləri belə heyrətlərini gizləyə bilmirdilər. Hətta Quran nazil olduqdan sonra, Kəbənin divarına asılan və “əl-Müəlləqətüs-səbə” adı verilən ən gözəl yeddi şeir, asıldıqları yerdən götürülmüş və Quranın onlardan üstün olduğu qəbul edilmişdir. Yuxarıdakı ayə də onların bu iddialarına cavab vermişdir.)
Kerbelayi Malik ağa:
And olsun ki, Biz onların: ‘Onu (Qurani Kərimi) ona şübhəsiz bir bəşər (insan) öyrədir’ dediyini bilirik. Onların dedikləri adamın dili əcnəbi dildir (ərəbcə deyil). Bu dil isə (Qurani Kərim) açıq-aşkar ərəbcədir.
Ələsgər Musayev:
Biz bilirik ki, onlar deyirlər: «Həqiqətən, onu bir bəşər
öyrədir!» Onların dedikləri o kəsin dili əcəmidir və bu isə aşkar
ərəb dilidir.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Qur’an) isə açıq-aydın ərəb dilindədir!
Kövsər Tağıyev:
And olsun ki, biz onların: “Qur`anı ona bir insan öyrədir”, – dediklərini bilirik. Onların nəzərdə tutduqları kimsənin dili yabançıdır. Bu Qur`an isə açıq-aydın ərəbcədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların: "(Quranı) ona ancaq bir adam öyrədir" - dediklərini də bilirik. Onların işarə etdikləri kəsin dili əcəmi (yad) dildir. Bu isə, aydın ərəb dilidir.
Sabirə Dünyamalıyeva:
Və həqiqətən Biz bilirik ki, onlar "Sadəcə, ona bir bəşər öyrədir" deyirlər. Peyğəmbərə öyrətdiyini zənn etdikləri adamın dili başqadır. Quran isə açıq-aşkar ərəbcədir.