Əlixan Musayev:
(Firon) onları bu yerdən qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını (dənizdə) batırdıq.
Bünyadov-Məmmədəliyev:
(Firon) onları (Misir) torpağından qovub çıxartmaq istədi. Biz isə onu (Fironu) və onunla birlikdə olanların hamısını (suya) qərq etdik.
Elmir Quliyev
:
Фараону хотелось вытеснить их с земли, но Мы потопили его и всех, кто был с ним.
Ələddin Sultanov:
Firon onları ölkədən çıxartmaq istədi. Ona görə də Biz onu və onunla birlikdə olanların hamısını (dənizdə) boğduq.
Kerbelayi Malik ağa:
Bundan sonra onları bu yerdən çıxartmaq istədi. Bunun üzərinə Biz də onu və onunla birlikdə olanların hamısını boğduq.
Ələsgər Musayev:
Iradə etdi ki, onları ərzdən götürsün, Biz də qərq etdik
onu və kim ki, onunla var idi, cəmiyyən.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Firon onları (öldürməklə) yer (üzün)dən (və ya sürgün etməklə Misir torpağından) çıxartmaq qərarına gəldi. Belə olduqda Biz onu və onunla birlikdə olanların hamısını suda batırdıq.
Kövsər Tağıyev:
Belə olduqda Firon (işgəncə etmək və öldürməklə) onların kökünü oradan kəsmək istədi. Biz də onu və onunla birlikdə olanların hamısını birdən suda boğduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon onları bu yerdən [Misirdən] qovub çıxarmaq istədi. Biz isə onu və onunla olanların hamısını suda qərq etdik.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Firon Musanı və İsrail oğullarını Misirdən sürmək istədi, Biz onu və onunla birgə olanların hamısını dənizdə batırdıq.