Əlixan Musayev:
Onlar iman gətirib (Allahdan) qorxsaydılar, Allahın verdiyi mükafat (onlar üçün) daha xeyirli olardı. Kaş (bunu) biləydilər!
Bünyadov-Məmmədəliyev:
Əgər onlar (Qurana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.
Elmir Quliyev
:
Если бы они уверовали в Аллаха и были богобоязненны, то вознаграждение от Аллаха было бы лучше для них. Если бы они только знали!
Ələddin Sultanov:
Əgər onlar iman gətirib təqva sahibi olsaydılar, Allah tərəfindən verilən mükafat şübhəsiz ki, daha xeyirli olardı. Kaş bunu biləydilər.
Kerbelayi Malik ağa:
Əgər onlar amənu olub (Allaha təslim olmağı diləyib) təqva sahibi olsaydılar, mütləq Allahın dərgahından (onlara veriləcək) savab əlbəttə, daha xeyirli olardı, kaş ki, bilsəydilər.
Ələsgər Musayev:
Əgər ki onlar inansaydılar və təqvalı olsaydılar –Allah
yanından olan mükafat xeyirlidir, əgər olsaydılar bilənlər!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!
Kövsər Tağıyev:
Əgər onlar iman edib Allahın əmrlərinə qarşı çıxmaqdan çəkinsəydilər, Allah qatında qazanacaqları savab özləri üçün daha xeyirli olardı. Kaş ki, biləydilər!
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar iman gətirib Allahdan qorxsaydılar, Allahdan daha yaxşı mükafat alardılar. Kaş onlar bunu biləydilər !
Sabirə Dünyamalıyeva:
Və onlar əgər iman etsəydilər və Allahın mühafizəsi altına daxil olsaydılar, həqiqətən, Allahdan bir mükafat [onlar üçün] daha yaxşı olacaqdı. Kaş ki, bunu bilsəydilər!