Əlixan Musayev:
Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.
Bünyadov-Məmmədəliyev:
Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.
Elmir Quliyev
:
Когда вы завершите намаз, то поминайте Аллаха стоя, сидя или лежа на боках. Когда же вы окажетесь в безопасности, то совершайте намаз. Воистину, намаз предписан верующим в определенное время.
Ələddin Sultanov:
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. (Yuxarıdakı üç ayə səfərdə və müharibədə namazın necə qılınacağını izah edir. Sünnədən də məlumdur ki, səfər əsnasında, yaxud döyüş zamanı dörd rükətli fərz namazlar iki rükət olaraq qılınar. Doxsan kilometrlik və ondan daha uzaq məsafəyə səfər edənlər səfəri sayılırlar və onlar da bu şəkildə namaz qılarlar.)
Kerbelayi Malik ağa:
Beləcə namazı bitirdiyiniz zaman artıq ayaqdaykən, oturarkən və yan üstə ikən (yatarkən), (davamlı) Allahı zikr edin! Daha sonra arxayınlığa çıxdığınız zaman namazı lazımi qaydada qılın. Şübhəsiz ki, namaz möminlərin üzərinə ‘vaxtları müəyyən edilmiş bir fərz’ olmuşdur.
Ələsgər Musayev:
Onda ki, islahatı yerinə yetirdiz, yad edin Allahı ayaq üstə və
oturaraq və uzanmış vəziyyətdə. Onda ki, əmin-amanlıq
tapdınız və onda ayağa qalxın islahata. Həqiqətən, islahat
yazılıb inananlar üçün müəyyən vaxtlarda.
A.Mehdiyev və D.Cəfərli:
(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır.
Kövsər Tağıyev:
Elə ki, namazı qıldınız, istər ayaq üstə, istər oturarkən və istərsə də uzanaraq Allahı zikr edin. Elə ki, arxayınlığa çıxdınız, namazı tam olaraq qılın. Çünki namaz möminlərə bəlli vaxtlara bağlı olaraq fərz buyurulmuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Namazdan sonra ayaqüstə də, oturanda da, böyrünüz üstündə olanda [uzananda] da Allahı yad edin. Arxayınçılığa çıxsanız, namazı (tam) qılın. Həqiqətən də namaz möminlər üçün (günün) müəyyən vaxtlannda bir borcdur.
Sabirə Dünyamalıyeva:
Təhsil-tədris işini tamamladıqdan sonra, Allahı ayaq üstə, oturaraq, yanı üstündə uzanarkən yada salın. Sükunət tapdığınızda/arxayınlığa çıxdıqda, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın, qoruyun]. Heç şübhəsiz ki, səlat [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə vəzifəsi], keçmişdən bəri möminlər üçün vaxtı təyin olunmuş bir yazıdır [qərardır].