Əlixan Musayev:
Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.
Elmir Quliyev
:
Бери из их имущества пожертвования, чтобы ими очистить и возвысить их. Молись за них, ибо твои молитвы — успокоение для них. Воистину, Аллах — Слышащий, Знающий.
Ələddin Sultanov:
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir. (Təbük səfərinə qatılmayan bir dəstə müsəlman xətalarını anlayıb peşman olmuşdular. Buna görə də özlərini məscidin dirəklərinə bağlayaraq and içdilər ki, Allah və Rəsulu iplərini açmadıqca onlar da açmayacaqlar. Həzrət Peyğəmbər Mədinəyə qayıtdığı zaman onların vəziyyətini öyrəndikdə: “Onlar barəsində bir əmr gələnə qədər mən də onların iplərini açmayacağıma and içirəm”, - buyurdu. Bu hadisədən sonra yuxarıdakı ayələr nazil oldu.)
Kerbelayi Malik ağa:
Onların mallarından sədəqə al və onunla onları təmizlə və islah et və onlara dua et, şübhəsiz ki, sənin duan onlar üçün bir səkinədir (sükunət və hüzurdur). Allah Səmidir (ən yaxşı eşidən), Alimdir.
Ələsgər Musayev:
Götür mallarından sədəqə, təmizləyəsən
onları və paklayasan onları onunla və dilə üzərinə onların.
Həqiqətən, sənin islahatın onlar üçün təsginlikdir və Allah
Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.
Kövsər Tağıyev:
Onların mallarından sədəqə (zəkat) al. Bununla onları paklamış və təmizləmiş olacaqsan. Və onlara dua et, çünki sənin duan onlar üçün bir sükunətdir (Onların qəlblərinə təskinlik verər). Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların mal-dövlətindən sədəqə qəbul et ki, bununla sən onları təmizləyib pak edəsən. Onlara xeyir-dua ver. Həqiqətən, sənin xeyir- duan onlar üçün bir təskinlikdir. Axı Allah hər şeyi eşidəndir, biləndir!
Sabirə Dünyamalıyeva:
Onların mallarından sədəqə al ki, sədəqə ilə onları təmizləmiş və paklamış olarsan. Bir də onlara dəstək ol. Şübhəsiz ki, sənin dəstəyin onlar üçün bir rahatlıqdır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.