Nisa Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
(Kafir) qövmü təqib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
Не проявляйте слабости при преследовании врага. Если вы страдаете, то они тоже страдают так, как страдаете вы. Но вы надеетесь получить от Аллаха то, на что они не надеются. Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
(Düşmən) qövmlə (döyüşmək) istəyiniz barəsində zəiflik göstərməyin! Əgər siz acı çəkirsinizsə, bilin ki, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
(Düşməniniz olan) qövmü təqib etməkdə zəiflik göstərməyin. Ayrıca əgər siz əziyyət çəkirsinizsə, mütləq onlar da sizin kimi əziyyət çəkirlər. Siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz. Allah ən yaxşı biləndir, hökm hikmət sahibidir.
Ələsgər Musayev:
Bu qoumu axtarmaqda zəiflik göztərməyin. Əgər siz əziyyət çəkirsinizsə, həqiqətən, onlara da əziyyət çəkir qədər siz əziyyət çəkirsiniz. sizin Allahdan ümid etdiyinizi, onlar ümid etmirlər. Oldu Allah Alim, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
(Kafirlərdən olan) o dəstəni axtarmaqda təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən hikmətlidir.
Kövsər Tağıyev:
Düşmən qövmü təqib etməkdə səhlənkar davranmayın. Əgər siz acı çəkirsinizsə, şübhəsiz, onlar da sizin acı çəkdiyiniz kimi acı çəkirlər. Üstəlik siz, Allahdan onların ümid edə bilməyəcəkləri şeyləri umursunuz. Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
O adamları [düşmənləri] təqib etməkdə zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, onlar da siz çəkən əziyyəti çəkirlər. Halbuki siz onların uma bilmədiklərini Allahdan umursunuz. Allah hər şeyi biləndir hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
düşmən tayfanı təqib etməkdə süstlük göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, şübhəsiz ki, onlar da sizin kimi əziyyət çəkirlər. siz, Allahdan onların ummadıqları şeyləri umursunuz. Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.