Əlixan Musayev:
Onlara: “Allahın nazil etdiyinə və (göndərdiyi) Elçiyə tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun?
Bünyadov-Məmmədəliyev:
Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!
Elmir Quliyev
:
Когда им говорят: "Придите к тому, что ниспослал Аллах, и к Посланнику", — они отвечают: "Нам достаточно того, на чем мы застали наших отцов". Неужели они поступят так, даже если их отцы ничего не знали и не следовали прямым путем?
Ələddin Sultanov:
Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyiləndə onlar: “Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, - dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?!
Kerbelayi Malik ağa:
Onlara: ‘Allahın endirdiyinə (Qurana) və Rəsula (itaətə) gəlin’ deyildiyi zaman ‘Atalarımızı üzərində gördüyümüz şey (din) bizə kifayət edər’ deyərlər. Bəs onların ataları (bu gerçəklərə aid) bir şey bilmirlərsə və hidayətdə deyillərsə necə?
Ələsgər Musayev:
Onda ki, deyildi onlar üçün: «Gəlin tərəfinə nə ki, nazil
edib Allah və tərəfinə rəsulun!», - dedilər: «Hesabdır bızə nə
ki, tapdıq üzərində onun atalarımızı!» Ə, və əgər oldu ataları
bilməyənlər bir şeyi və hidayət olunmayanlar?
A.Mehdiyev və D.Cəfərli:
Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?
Kövsər Tağıyev:
Onlara: “Allahın endirdiyinə (Qur`ana) və Peyğəmbərə gəlin”, – deyildikdə onlar: “Atalarımızın etiqadı bizə yetər”, – deyərlər. Bəs ataları bir şey bilmirsə və doğru yolu tapa bilməmiş kimsələr olsa necə (onların yoluna tabe olacaqlar)?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlara: “Allahın nazil etdiyinə və peyğəmbərə tərəf gəlin", - deyilərsə onlar: "Atalarımızda gördüklərimiz bizə bəsdir." - deyərlər. Bəs ataları bir şey bilməyib düz yolla getmədikləri halda necə?
Sabirə Dünyamalıyeva:
Və onlara: "Allahın nazil etdiyinə və Elçiyə tərəf gəlin!" deyildiyi zaman: "Atalarımızı nəyin [hansı yolun] üstündə görmüşüksə, o, bizə yetər" dedilər. Ataları bir şey bilməyən və yönləndirildikləri doğru yolu tapmayan kəslər olsa belə?