Əlixan Musayev:
Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar.
Bünyadov-Məmmədəliyev:
Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!
Elmir Quliyev
:
Воистину, ложь измышляют те, которые не веруют в знамения Аллаха. Они и есть лжецы.
Ələddin Sultanov:
Allahın ayələrinə inanmayanlar ancaq yalan uydururlar. Onlar əsil yalançılardır.
Kerbelayi Malik ağa:
Yalnız Allahın ayələrinə inanmayanlar yalanla iftira atarlar. Onlar yalançılardır.
Ələsgər Musayev:
Həqiqətən, iftira edirlər yalanı o kəslər ki,
inanmırlar ayətlərilə Allaha və həmin onlardır yalançılar!
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
Kövsər Tağıyev:
Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurar. Onlar əsl yalançılardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar yalançıdırlar.
Sabirə Dünyamalıyeva:
Yalanı, yalnız Allahın ayələrinə inanmayan kəslər uydurar. Və yalançılar məhz onlardır.