Əlixan Musayev:
Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər. Hamı-nızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!
Elmir Quliyev
:
О те, которые уверовали! Позаботьтесь о себе. Если вы последовали прямым путем, то вам не причинит вреда тот, кто впал в заблуждение. Всем вам предстоит вернуться к Аллаху, и тогда Он поведает вам о том, что вы совершали.
Ələddin Sultanov:
Ey iman gətirənlər, siz özünüzə baxın! Siz doğru yolda olduqca (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allahadır. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Nəfsləriniz üzərinizədir (nəfsinizin sorumluluğu, məsuliyyəti üzərinizə borcdur). Siz hidayətdəsinizsə, dəlalətdəki bir kimsə sizə bir zərər verə bilməz. Hamınızın dönüşü Allahadır. O zaman etmiş olduğunuz şeyləri sizə xəbər verəcək.
Ələsgər Musayev:
Ay o
kəslər ki, inanırsınız! Nəfsləriniz sizin öz üzərinizdədir. Onda
ki, siz hidayət tapdınız, zəlalətdə olanların zərəri sizə
yetişməz. Sizin müraciətiniz cəmiyyən Allaha tərəfdir və O
sizə xəbər verəcək, nə ilə ki, oldunuz əməl edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Siz özünüzü düzəldin. Siz doğru yolda olsanız, yolunu azmış kimsə sizə zərər verə bilməz. Hamınızın qayıdışı Allahadır. O zaman Allah sizə etdiklərinizi xəbər verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Sizin borcunuz nəfsinizi saxlamaqdır. Siz düz yolda isəniz, yolunu azan sizə zərər yetirə bilməz. Siz hamınız Allaha qayıdacaqsınız və nələr etdiyinizi O sizə xəbər verəcəkdir.
Sabirə Dünyamalıyeva:
Ey iman edən kəslər! Hər kəs özünə görə məsuliyyət daşıyır. Siz, yönləndirildiyiniz doğru yola girdiyiniz zaman, [yolunu] azan kəslər sizə zərər verə bilməzlər. Hamınızın dönüşü Allahadır. Sonra da O, işlədiyiniz əməlləri sizə xəbər verəcək.