Əlixan Musayev:
Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb, tədriclə nazil etdik.
Bünyadov-Məmmədəliyev:
İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil etdik.
Elmir Quliyev
:
Мы разделили Коран для того, чтобы ты читал его людям не спеша. Мы ниспослали его частями.
Ələddin Sultanov:
Quranı insanlara yavaş-yavaş oxuyasan deyə, onu hissələrə (ayələrə və surələrə) ayırdıq və tədriclə nazil etdik.
Kerbelayi Malik ağa:
Qurani Kərimi insanlara uzun müddətə oxumağın üçün hissələrə ayırıb tədricən endirdik.
Ələsgər Musayev:
Biz
Qur’anı hissələrə böldük ki, onu insanlara tədricən qiraət
edəsən və nazil etdik Biz onu nazil olan.
A.Mehdiyev və D.Cəfərli:
Biz bu Qur’anı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.
Kövsər Tağıyev:
İnsanlara onu aramla oxuyasan deyə biz Qur`anı ayə-ayə ayırdıq və onu hissə-hissə nazil etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Quranı hissə-hissə nazil etdik ki, (yaxşı qavramaq üçün) onu insanlara tələsmədən aramla oxuyasan.
Sabirə Dünyamalıyeva:
Və Quranı, Biz onu insanlara [onların] gözləntisinə uyğun olaraq öyrənib öyrədəsən deyə, hissə-hissə böldük və Biz onu tədriclə nazil etdik!