Əlixan Musayev:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.
Bünyadov-Məmmədəliyev:
Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq!
Elmir Quliyev
:
Они скажут: "Господи! Наше злосчастие одолело нас, и мы оказались заблудшими людьми.
Ələddin Sultanov:
Onlar belə deyərlər: “Ey Rəbbimiz! Bədbəxtçiliyimiz (azğınlığımız) bizə qalib gəldi və (haqq yoldan) azmış bir qövm olduq.
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Ey Rəbbimiz! Azğınlığımız bizə qalib gəldi və biz dəlalətdə olan bir qövm idik.’
Ələsgər Musayev:
Dedilər: «Rəbbimiz, bizə qalib
gəldi bədbəxtliyimiz və zəlil olan qoum olduq.
A.Mehdiyev və D.Cəfərli:
Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik.»
Kövsər Tağıyev:
Onlar isə belə deyərlər: “Ey Rəbbimiz! Biz azğınlığımıza məğlub olduq və sapqın bir toplum olduq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Rəbbimiz, bədbəxtliyimiz bizə qalib gəldi və biz yolu azmış adamlar olduq.
Sabirə Dünyamalıyeva:
Dediler ki: "Ey Rəbbimiz! Azğınlığımız bizə qalib gəldi və biz haqq yoldan azan bir tayfa olduq.