Əlixan Musayev:
Ey iman gətirənlər! Siz-lərdən bir kimsəyə ölüm gəldiyi zaman, vəsiyyət vaxtı içinizdən iki ədalətli kişi, bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki kişi aranızda şahidlik etsin. Əgər (özünüzdən olmayan şahidlərə) şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: “Biz bu (andımızı) lap yaxın qohumlara belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günah-karlardan olarıq”(– deyə) and içsinlər.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, - deyə Allaha and içdirin!
Elmir Quliyev
:
О те, которые уверовали! Если к кому-нибудь из вас явится смерть, и он оставит завещание, то его свидетельствуют двое справедливых мужей из вас или двое других не из вас, если смерть постигнет вас, когда вы странствуете по земле. Задержите их обоих после намаза, и если вы усомнитесь, то они должны поклясться Аллахом: "Мы не покупаем за них мирскую выгоду, даже если он является нашим близким родственником, и не скрываем свидетельства Аллаха. В противном же случае мы принадлежим к числу грешников".
Ələddin Sultanov:
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər. (Bu ayədə ölmək üzrə olan bir müsəlmanın öz yaxınlarına vəsiyyət etməsi gərəkdiyi tövsiyə olunur. Təfsirçilərə görə, ayədə qeyd edilən “içinizdən iki ədalətli şəxs” ifadəsi ilə ölən kimsənin yaxın qohum-əqrabası, yaxud müsəlman olanlar nəzərdə tutulmuşdur. “Başqa iki nəfər” ifadəsindən məqsəd isə müsəlman olmayıb kitab əhli olanlar, yaxud ölən kimsənin qohum-əqrabası olmayanlardır.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Sizdən birinizə ölüm gəldiyi zaman vəsiyyət əsnasında sizin içinizdən iki ədalətli adam aranızda şahidlik etsin. Yaxud yer üzündə səfərdə olarkən, sizə ölüm müsibəti gələrsə, sizdən olmayan iki adamı şahid tutun. Əgər şübhəyə düşsəniz, onları namazdan sonra saxlayın. O zaman Allaha belə and içsinlər: ‘Yaxınımız belə olsa, andımızı bir qarşılıq (mənfəət qarşılığı) ilə dəyişdirməyəcəyik və Allahın şahidliyini gizlətməyəcəyik. Əks halda biz mütləq günahkar kimsələrdən olarıq.’
Ələsgər Musayev:
Ay o
kəslər ki, inanırsınız! Onda ki, sizdən birinin ölümü yaxınlaşdı,
sizin üçün şəhadət var aranızda. Vəsiyyət edəndə özünüzdən iki
nəfər adil şahid seçin. Əgər səfərdə olsanız və sizə ölüm
müsibəti yetişərsə, iki nəfər şahid özgələrdən tutun. Əgər o iki
nəfər şahiddən şübhəniz olsa, onları saxlayın islahatdan sonra
saxlayın, ta Allah ilə and içsinlər: « Biz onu heç bir qiymətə
satmarıq, əgər ola yaxınlardan. Allahdan Ötrü şəhadətimizi
gizlətmərik ki, onda biz günahkarlardan olarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.
Kövsər Tağıyev:
Ey iman edənlər! Birinizin ölümü yaxınlaşdıqda vəsiyyət etdiyi zaman sizdən olan ədalətli iki nəfər aranızda şahidlik etsin. Yaxud səfərdə olarkən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfər şahidlik edər. Əgər şübhə edərsinizsə, onları namazdan sonra tutub saxlayarsınız, onlar: “Qohum da olsa, şahidliyimizi heç bir şeylə dəyişmərik. Allah üçün etdiyimiz şahidliyi gizləmərik. Gizlədiyimiz təqdirdə şübhəsiz, günahkarlardan olarıq”, – deyə Allaha and içərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əgər birinizə ölüm gələrsə, vəsiyyət edərkən aranızdan iki ədalətli şəxs və ya yolda ikən sizə ölüm müsibəti üz verərsə, sizdən olmayan iki nəfər aranızda şahid olmalıdır. Əgər şübhəniz varsa, onda namazdan sonra o iki nəfəri saxlayırsınız və onlar da "Lap yaxın qohumlara belə bunu [andı] heç bir qiymətə satmarıq və Allahın şəhadətini gizlətmərik, yoxsa biz günahkarlardan olarıq" - deyə Allaha and içirlər.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! İçərinizdən birinin ölümü gəlib çatdıqda, vəsiyyət vaxtı aranızda şahidlik [etməli olanlar], öz içərinizdən iki ədalətli adamdır. Yaxud yer üzündə səfərə çıxmışsınızsa, sonra da ölümün müsibəti sizə gəlib çatmışsa, özünüzdən olmayan iki adamdır. Əgər şübhəyə düşsəniz, səlatdan [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək işindən] sonra onları gözlədin [saxlayın]. Sonra da onları, "Qohum belə olsa, andımızı bir mənfəət üçün satmayacağıq, Allahın şahidliyini gizlətməyəcətik. Əks təqdirdə, günahkarlardan olarıq" deyə Allaha and içdirin.