Ənam Surəsi 106. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa ilah yoxdur. Müşriklərdən isə üz çevir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!
Elmir Quliyev :
Следуй тому, что дано тебе в откровении от твоего Господа. Нет божества, кроме Него. И отвернись от многобожников.
Ələddin Sultanov:
Rəbbindən sənə vəhy edilənə tabe ol! Ondan başqa heç bir ilah yoxdur. Müşriklərdən üz çevir!
Kerbelayi Malik ağa:
Rəbbindən sənə vəhy olunana tabe ol. Ondan başqa ilah yoxdur. Müşriklərdən üz çevir.
Ələsgər Musayev:
Tabe ol Rəbbin tərəfindən sənə öyrədilənə: «Yoxdur ilahi, ancaq Odur!» üz döndər müşriklərdən.
A.Mehdiyev və D.Cəfərli:
Rəbbin tərəfindən Sənə edilmiş vəhyə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. müşriklərdən üz döndər.
Kövsər Tağıyev:
Ey Muhamməd! Sən Rəbbindən sənə vəhy olunana tabe ol. Ondan başqa heç bir ilah yoxdur. Allaha şərik qoşanlardan üz döndər.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbindən sənə vəhy olunanın ardınca get! Ondan başqa bir tanrı yoxdur. Müşriklərdən üz çevir.
Sabirə Dünyamalıyeva:
Sən, Özündən başqa məbud olmayan Rəbbindən sənə vəhy olunan şeyə tabe ol. Şərik qoşanlardan da üz çevir.