Əlixan Musayev:
(Döyüşə getməyənlərdən) başqaları da (vardır ki, onlar) Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
(Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Есть и такие, которые выжидают веления Аллаха. Он либо накажет их, либо примет их покаяния. Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
(Döyüşdə iştirak etməyən) digər bir qrupun işi də Allaha qalıb. O, onlara ya əzab verər, ya da onların tövbələrini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Digərləri Allahın əmri üçün təxirə salınmışdır. Onları ya əzablandırar ya da onların tövbəsini qəbul edər. Allah Alimdir, Hakimdir (hökm və hikmət sahibi).
Ələsgər Musayev:
Axırdakılar, müraciətlidirlər əmr
üçün Allaha: nə vaxt ki, əzab edər onları və nə vaxt ki, qayıdar
üzərinə onların və Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır - onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.
Kövsər Tağıyev:
(Səfərə qatılmayanlardan) digər bir qismi isə Allahın əmrinə həvalə olunanlardır. Bunlara ya əzab verər ya da tövbələrini qəbul edər. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Başqaları da vardır ki, onların işi Allaha qalıb; O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcəkdir. Axı Allah hər şeyi biləndir və hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Və digərləri Allahın əmrinə qalanlardır. Allah, ya onlara əzab verər, ya da onların tövbələrini qəbul edər. Və Allah ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.