Nəhl Surəsi 107. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm Allah kafirləri doğru yola yönəltmir.
Bünyadov-Məmmədəliyev:
Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!
Elmir Quliyev :
Это потому, что они предпочли мирскую жизнь Последней жизни. Воистину, Аллах не ведет прямым путем неверующих людей.
Ələddin Sultanov:
Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına Allahın kafirlər qövmünü doğru yola yönəltmədiyinə görədir.
Kerbelayi Malik ağa:
Bu ona görədir ki, onlar dünya həyatını axirət həyatından daha çox sevirlər. Şübhəsiz ki, Allah kafirləri hidayətə ərdirməz.
Ələsgər Musayev:
Bu, onlara ondan ötrüdür ki, dünya həyatını axirətdən artıq sevdilər həqiqətən, Allah kafir qoumu hidayət etməz.
A.Mehdiyev və D.Cəfərli:
Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir.
Kövsər Tağıyev:
Bu, onların dünya həyatını sevib onu axirətdən üstün tutmaları Allahın kafirlər qövmünü əsla doğru yola yönəltməyəcəyi səbəbi ilədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu ona görədir ki, onlar dünya həyatını axirətdən daha çox sevmişlər. Allah isə kafir adamlara düz yol göstərməz.
Sabirə Dünyamalıyeva:
Bu, onların dünya həyatını axirətə görə daha cazibədar görmələri şübhəsiz Allahın da kafirlər tayfasına [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən bir tayfaya] doğru yolu göstərməməsi səbəbiylədir.