Əlixan Musayev:
Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Şübhəsiz ki, Allah xəyanət edən günahkarı sevməz.
Bünyadov-Məmmədəliyev:
Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!
Elmir Quliyev
:
Не препирайся за тех, которые предают самих себя (ослушаются Аллаха), ведь Аллах не любит того, кто является изменником, грешником.
Ələddin Sultanov:
Özlərinə xəyanət edən kimsələr üçün mübahisə etmə! Şübhəsiz ki, Allah günahkar xain kimsəni sevməz.
Kerbelayi Malik ağa:
Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Şübhəsiz ki, Allah xəyanətdə israr edən günahkarları sevməz.
Ələsgər Musayev:
Öz nəfslərinə xəyanət edənlərə görə
mübahisə etmə. Həqiqətən, Allah sevməz kim oldu xain,
günahkar!
A.Mehdiyev və D.Cəfərli:
Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır).
Kövsər Tağıyev:
Özlərinə xəyanət edənləri müdafiə etmə. Çünki Allah heç bir xaini, heç bir günahkarı sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz-özlərinə xəyanət edənlərə görə mübahisəyə girmə! Həqiqətən Allah xəyanətkarı və günahkarı sevməz.
Sabirə Dünyamalıyeva:
Həqiqətən, Allah çox bağışlayandır, çox rəhm edəndir. Özlərinə xəyanət edənləri də müdafiə etmə. Şübhəsiz ki, Allah, həddindən artıq dərəcədə xəyanət edən günahkarları sevməz.