Əlixan Musayev:
Əgər hər ikisinin günah iş tutduqları aşkar edilsə, o zaman onların yerini haqsızlığa məruz qalanlardan (ölən şəxsə) daha yaxın olan iki kişi tutar və onlar: “Əlbəttə, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz həddi aşmadıq. Əks halda biz, şübhəsiz ki, zalımlardan olarıq”(– deyə) and içərlər.
Bünyadov-Məmmədəliyev:
Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa məruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”, - deyə Allaha and içərlər.
Elmir Quliyev
:
Если будет обнаружено, что они оба повинны в грехе, то пусть двое других самых близких родственников из числа тех, кто имеет законные права, займут их место и поклянутся Аллахом: "Наше свидетельство вернее их свидетельства, и мы не преступаем границы дозволенного. В противном же случае мы принадлежим к числу беззаконников".
Ələddin Sultanov:
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi: “Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər.
Kerbelayi Malik ağa:
Əgər o iki adamın günah iş tutduqları (sonradan) bilinərsə, o təqdirdə onlara daha yaxın olan haqq sahiblərindən digər iki adam onların yerinə keçər, sonra Allaha belə and içərlər: ‘Bizim şahidliyimiz onların şahidliyindən mütləq daha doğrudur, haqdır və biz həddi aşmadıq. Əks halda, o zaman biz mütləq zalımlardan olarıq.’
Ələsgər Musayev:
Əgər
məlum ola ki, hər ikisi günah sahibidir, onda onların yerini
daha layiqli, hansı ki, əvvəlkilər tərəfindən onların əleyhlərinə
çıxılaraq haqsızlığa məruz qalmış iki nəfər başqası tutar. Allah
ilə and içərlər: «Həqiqətən, bizim şahidliyimiz onların hər
iksinin şahidliyindən daha doğrudur. Biz həddi aşmadıq,
həqiqətən, onda zalimlərdən olardıq».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq.
Kövsər Tağıyev:
(Əgər sonradan) o iki şəxsin günaha girdikləri (yalan dedikləri) bəlli olarsa, o zaman bu ilk şahidlərin zərər verdiyi kimsələrdən olan başqa iki adam onların yerinə keçər və: “Allaha and içirik ki, bizim şahidliyimiz onların şahidliyindən, əlbəttə ki, daha doğrudur. Biz haqqı da tapdalamadıq. Çünki o təqdirdə biz, əlbəttə, zalımlardan olarıq”, – deyə and içərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onların günah qazandıqları üzə çıxarsa, onda o iki nəfərin yerini (mirasda) haqsızlığa məruz qalanlar içərisində (ölənə) daha yaxın olan iki nəfər başqası tutar və onlar da Allaha and içərlər "Bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz yalandan and içib həddi aşmarıq. Yoxsa zalımlardan olarıq".
Sabirə Dünyamalıyeva:
Sonra da əgər o iki şahidin bir günah işlədikləri məlum olsa, ölən şəxsə daha yaxın olan haqq sahiblərindən digər iki adam onların yerinə keçər və: "Bizim şahidliyimiz, əvvəlki iki adamın şahidliyindən daha doğrudur və biz heç kimin haqqına təcavüz etmədik. Əks təqdirdə, biz səhv; öz zərərlərinə olan əməli işləyən [kəslərdən] olardıq" deyə Allaha and içər.