Əraf Surəsi 107. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) əsasını (yerə) atdı o, dərhal açıq-aşkar bir ilan oldu.
Bünyadov-Məmmədəliyev:
(Firon bunu deyən kimi) Musa əsasını (yerə atdı) o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu.
Elmir Quliyev :
Он бросил свой посох, и тот превратился в явную змею.
Ələddin Sultanov:
Buna görə (Musa) əsasını atdı o, dərhal böyük bir ilan oldu.
Kerbelayi Malik ağa:
Bunun üzərinə (Musa ə.s) əsasını atınca, o (əsa) açıq-aşkar bir ilan (əjdaha) oldu.
Ələsgər Musayev:
O, əsasını atdı onda ki, o aşkar bir ilan oldu.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Musa öz əsasını atdı o, dərhal aşkar bir əjdaha oldu.
Kövsər Tağıyev:
(Fironun bu sözündən) sonra Musa əsasını yerə atdı. Bir gördülər ki, açıq-aşkar bir əjdaha (oldu).
M.Qənioğlu və T.Bilaloğlu:
O, əsasını yerə atdı əsa dərhal aşkar bir ilan oldu.
Sabirə Dünyamalıyeva:
Belə olduqda Musa, elmini biliklərini meydana qoydu, o da qəflətən açıq-aşkar bir "silib süpürən"ə çevrildi.