Əlixan Musayev:
De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!”
Elmir Quliyev
:
Скажи: "Таков мой путь. Я и мои последователи призываем к Аллаху согласно убеждению. Пречист Аллах, и я не являюсь одним из многобожников".
Ələddin Sultanov:
De: “Bu, mənim yolumdur. Mən Allaha çağırıram. Mən və mənə tabe olanlar açıq-aydın bir dəlilə əsaslanırıq. Allah pak və müqəddəsdir. Mən Allaha şərik qoşanlardan deyiləm!”
Kerbelayi Malik ağa:
De ki: ‘Mənim və mənə tabe olanların bəsirətlə (Allahı qəlb gözüylə) görərək Allaha dəvət etdiyimiz yol məhz bu yoldur. Allah Sübhandır və mən müşriklərdən deyiləm.’
Ələsgər Musayev:
De: «Bu, mənim yolumdur!
Dəvət edirəm Allaha tərəf bəsirətlə mən və mənə tabe olanlar.
Sübhandır Allah və mən müşriklərdən deyiləm!»
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər,) de: «Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyb və nöqsanlardan pak (və uzaq)dır və mən müşriklərdən deyiləm».
Kövsər Tağıyev:
De ki: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar bəsirətlə Allaha çağırırıq. Allahın şanı ucadır. Mən Allaha şərik qoşanlardan deyiləm”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Mənim yolum budur. Mən (dəlilləri) görə-görə (insanları) Allaha dəvət edirəm. Mən də, ardımca gələnlər də (Allah yolundayıq). Uca Allaha şükürlər olsun ki, mən müşriklərdən deyiləm!“
Sabirə Dünyamalıyeva:
De ki: "Bax bu, mənim yolumdur; ağlın, elmin, sağlam düşüncənin tələbi olaraq Allaha dəvət edirəm. Mən və mənə tabe olanlar... Və Allah pakdır. Və mən müşriklərdən deyiləm. "