Ənbiya Surəsi 108. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Mənə, belə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?”
Bünyadov-Məmmədəliyev:
(Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: “Sizin tanrınız ancaq bir olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun qoyacaqsınızmı?”
Elmir Quliyev :
Скажи: "Мне внушено в откровении, что ваш Бог Бог Единственный. Не станете ли вы мусульманами?"
Ələddin Sultanov:
De: “Həqiqətən, mənə: “Sizin ilahınız yalnız tək olan ilahdır (Allahdır)!” - deyə vəhy olunur. Bəs indi siz müsəlman olacaqsınızmı?
Kerbelayi Malik ağa:
De ki: ‘Mənə sizin ilahınızın yalnız tək bir ilah olduğu vəhy edildi.’ Elə isə siz müsəlmanlarsınızmı (Allaha təslim olanlarsınızmı)?
Ələsgər Musayev:
De: «Mənə vəhy edilir ki: «Ilahiniz Vahid Ilahidir. Təslim olmazsınızmı?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Həqiqətən mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Belə isə siz (bu sözün müqabilində) təslim olacaqsınızmı?»
Kövsər Tağıyev:
De ki: “Mənə yalnız, ilahınızın tək bir ilah olduğu vəhy olunur. Artıq müsəlman olursunuzmu?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Mənə sizin tanrınızın vahid tanrı olduğu vəhy olunmuşdur. Siz itaətə girəcəksinizmi?"
Sabirə Dünyamalıyeva:
De ki: "Mənə ‘Məbudunuz ancaq bir olan məbuddur’ deyə vəhy olunur. İndi siz müsəlmanlarsınızmı?"