Əlixan Musayev:
Onlar (öz günahlarını )insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.
Bünyadov-Məmmədəliyev:
Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır (Allah onları bilir). Allah onların nələr etdiyini biləndir.
Elmir Quliyev
:
Они укрываются от людей, но не укрываются от Аллаха, тогда как Он находится с ними, когда они произносят по ночам слова, которыми Он не доволен. Аллах объемлет то, что они совершают.
Ələddin Sultanov:
Onlar (etdiklərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Gecə vaxtı Onun razı qalmadığı sözləri sərf etdikləri zaman da Allah onların yanında idi. Allah onların etdiklərini (elmi ilə) əhatə etmişdir.
Kerbelayi Malik ağa:
Onlar insanlardan gizlədərlər, amma Allahdan gizlədə bilməzlər. Onlar Allahın razı olmayacağı sözlərlə gecələr gizlincə hiylə qurarkən, O (Allah) onlarla bərabərdir. Allah onların etdikləri şeyi (əməllərini) əhatə edəndir.
Ələsgər Musayev:
Onlar insanlardan məxfi etmək istəyirlər
və Allahdan isə məxfi edə bilməzlər. O onlarladır, onda onlar
gecə Ona xoş getməyən sözlər fikirləşirlər. Oldu Allah nə ilə
ki, əməldədirlər Mühit!
A.Mehdiyev və D.Cəfərli:
Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.
Kövsər Tağıyev:
Bunlar insanlardan gizlənməyə çalışırlar, amma Allahdan gizlənməzlər. Halbuki Allah gecə vaxtı, razı olmayacağı sözləri düzüb-qoşduqları zaman onlarla bərabərdir. Allah onların etdiklərini (elmi ilə) əhatə etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar (xəyanətlərini) insanlardan gizlədər də, Allahdan gizləməzlər (Ondan haya etməzlər). Halbuki (Allahın) razı qalmadığı sözləri gecə xəlvətdə uydurduqları vaxt belə Allah onların yanında olur. Allah onların nə etdiklərindən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Onlar, insanlardan gizlətmək istəyərlər, [ancaq] Allahdan gizlətmək istəməzlər. Halbuki onlar gecə Allaha xoş getməyən sözləri/qərarları planlayarkən Allah onların yanındadır. Və Allah, onların əməllərini əhatə etmişdir.