Əlixan Musayev:
Bu, onların olduğu kimi şahidlik etmələri və ya andlarının sonradan (varislər tərəfindən başqa) andlarla rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və qulaq asın! Allah günahkar tayfanı doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!
Elmir Quliyev
:
Поступить так лучше для того, чтобы они принесли истинное свидетельство или устрашились того, что другие клятвы будут принесены после их клятв. Бойтесь Аллаха и слушайте! Ведь Аллах не ведет прямым путем людей нечестивых.
Ələddin Sultanov:
Bu (qayda), şahidliyi lazımi şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına (çəkinmələri üçün bir çarə olaraq) daha uyğundur. Allahdan qorxun və (Onu) dinləyin! Allah, günahkar qövmü doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Bu (şəkildəki and) şəhadətdə üz-üzə gəlmələrindən (varislərin şahidlərə güvənməməsindən) və ya andlarından sonra andların rədd edilməsindən qorxmalarından daha yaxşıdır. Allaha qarşı təqva sahibi olun və dinləyin. Allah fasiqlər qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Bu yaxındır ki,
gələlər şəhadət ilə üzərinə vəchinin onun, ya xoflanalar ki,
sondakı andlar onların andlarını rədd etsin. Allahdan qorxun
və eşidin. Allah hidayət etməz fasiq qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir.
Kövsər Tağıyev:
Bu (üsul), şahidliyi layiqincə yerinə yetirmələri və andlarından sonra başqa andlara üz tutulacağından qorxmalarını təmin etmək üçün ən münasib çarədir. Allaha qarşı gəlməkdən çəkinin və eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, onların şahidliyi olduğu kimi etmələri və ya and içdikdən sonra andlarının rədd olunmasından qorxmaları baxımından daha münasibdir. Allahdan qorxun və qulaq asın. Allah azmış adamlara yol göstərməz.
Sabirə Dünyamalıyeva:
Belə bir and, şahidliklərini qaydasına görə yerinə yetirmələri, yaxud and içdikdən sonradan andlarının qəbul edilməməsindən qorxmaları üçün ən yaxın/ən yaxşı yoldur. Allahın mühafizəsi altına daxil olun və qulaq asın. Və Allah, haqq yoldan çıxanlar tayfasına yol göstərməz.