Əlixan Musayev:
Əlini (qoynundan) çıxartdı və o, baxanlar üçün ağappaq (parlaq bir əl) oldu.
Bünyadov-Məmmədəliyev:
(Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara nur kəsildi.
Elmir Quliyev
:
Затем он вытащил руку, и она стала белой (цвета молока, светящейся) для тех, кто смотрел на нее.
Ələddin Sultanov:
Əlini də (cibindən, yaxud qoynundan) çıxartdı və o, birdən-birə baxanlar üçün ağappaq oldu. (Əsanın ilana çevrilməsi və əlinin ağarması Musa peyğəmbərə verilən möcüzələrdən idi.)
Kerbelayi Malik ağa:
Əlini (qoynundan) çəkib çıxartdığı zaman baxanlar, onun (əlinin) ağ olduğunu (gördülər).
Ələsgər Musayev:
Əlini çıxartdı və onda ki, o baxanlar üçün parlaq ağ oldu.
A.Mehdiyev və D.Cəfərli:
Və əlini (qoltuğunun altından və ya yaxasından) çıxartdı və o, baxanlar üçün ağ və parlaq oldu.
Kövsər Tağıyev:
Əlini (qoynundan) çıxartdı. Bir də gördülər ki, o, baxanlar üçün ağappaq olub.
M.Qənioğlu və T.Bilaloğlu:
Əlini çıxartdı, dərhal o, baxanlara ağappaq göründü.
Sabirə Dünyamalıyeva:
Gücünü də siyirərək meydana çıxartdı; onun gücü, baxanlar üçün mükəmməl, qüsursuz oldu.