Əlixan Musayev:
Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik.
Bünyadov-Məmmədəliyev:
Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!
Elmir Quliyev
:
Не сомневайся в том, чему они поклоняются. Они поклоняются тем, кому прежде поклонялись их отцы. Воистину, Мы воздадим им сполна, без убавления.
Ələddin Sultanov:
Elə isə bunların ibadət etdiklərindən (bütlərin batil olduğundan) şübhə etmə! Onlar məhz daha əvvəl atalarının ibadət etdiyi kimi (bütlərə) ibadət edirlər. Şübhəsiz, Biz onların (əzab) paylarını əskiltmədən verəcəyik.
Kerbelayi Malik ağa:
Artıq sən onların tapındığı şeylərdən şübhə içində olma. Onlar ancaq atalarının öncədən ibadət etdiyi kimi ibadət edirlər (onların tapındığı şeylərə tapınırlar). Şübhəsiz ki, Biz onların nəsiblərini əksiltmədən ödəyərik.
Ələsgər Musayev:
Bunların ibadət etdiklərinə şübhədə olma. Onlar ancaq
ibadət edirlər, nə qədər qabaqcadan ataları ibadət etmişdi.
Həqiqətən, Biz onların payını kəsmədən verərik!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsiz, kamil surətdə və əskiltmədən verəcəyik.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Bunların tapındıqları şeylərin batil olduğu barəsində şübhəyə düşmə. Onlar ancaq daha əvvəl atalarının tapındığı kimi tapınırlar. Şübhəsiz, biz onların nəsibini (əzabdan paylarına düşəni) nöqsansız bir şəkildə verəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunların nəyə ibadət etmələrinə şübhədə olma; onlar da əvvəllər ata-babalarının ibadət etdikləri kimi ibadət edirlər. Həqiqətən, Biz onların payını kəsmədən bütöv verəcəyik!
Sabirə Dünyamalıyeva:
O halda, əsla bunların ibadət etdikləri şeylər barəsində şübhə içində olma! Onların əcdadları daha əvvəl necə ibadət edirdisə, onlar da elə ibadət edirlər. Şübhəsiz ki, Biz də onlara nəsiblərini həqiqətən əskiksiz ödəyəcəyik.