Əlixan Musayev:
De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Quranda buyurulduğu kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə) de: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”
Elmir Quliyev
:
Скажи: "Если бы море стало чернилами для слов моего Господа, то море иссякло бы до того, как иссякли бы Слова моего Господа, даже если бы Мы принесли в помощь ему такое же море".
Ələddin Sultanov:
De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən dəniz tükənərdi”.
Kerbelayi Malik ağa:
De ki: ‘Dənizlər Rəbbimin kəlmələrini yazmaq üçün mürəkkəb olsaydı və onun bir mislini daha köməyə gətirsəydik belə, Rəbbimin kəlmələri bitmədən dənizlər mütləq tükənərdi.’
Ələsgər Musayev:
De: «Əgər dəryalar
Rəbbimin kəlmələri üçün mürəkkəb ola, Rəbbimin kəlmələri
tükənməzdən qabaq dəryalar tükənər və əgər Biz onun misli
qədər artırsaq da».
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
Kövsər Tağıyev:
De ki: “Rəbbimin sözlərini yazmaq üçün dənizlər mürəkkəb olsa və bir o qədər də əlavə etsək (dənizlərə dəniz qatsaq), Rəbbimin sözləri tükənmədən əvvəl dənizlər tükənərdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Əgər Rəbbimin sözləri üçün dəniz mürəkkəb olsaydı, bir o qədər də əlavə etsəydik belə Rəbbimin sözləri qurtarmazdan əvvəl dəniz tükənərdi."
Sabirə Dünyamalıyeva:
De ki: "Rəbbimin sözləri üçün, dəniz mürəkkəb olsaydı, Rəbbimin sözləri tükənmədən dəniz tükənərdi, hətta bir o qədərini də əlavə etsək belə."