Əlixan Musayev:
Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, pa-xıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər (onları) bağışlayın və (onlara) baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
Elmir Quliyev
:
После того, как прояснилась им истина, многие из людей Писания из зависти своей хотели бы отвратить вас от веры, когда вы уже приняли ее. Простите их и будьте великодушны, пока Аллах не явится со Своим повелением. Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra da həsədləri səbəbilə imanınızdan sonra sizi küfrə qaytarmaq istəyər. Elə isə, Allah Öz əmrini göndərənə qədər (onları) əfv edin və qınamayın! Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Əhli kitabdan çoxusu haqq özlərinə açıq-aşkar bəyan olduqdan sonra, nəfslərindəki həsəd üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq (fisqə düşürmək) istəyərlər. Artıq Allahın əmri gələnə qədər əfv edin və qınamayın. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
İstəyərlər əksəriyyəti
kitab əhlindən rədd edələr sizi iman gətirdikdən sonra küfrə
öz nəfslərindən olan paxıllıqdan sonradan nə ki, bəyan oldu
onlar üçün haqq Və əfv edin və keçin ta gələr Allah Öz əmri
ilə. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Kitab əhlindən bir çoxu haqq onlara aydın olduqdan sonra belə, içlərindəki qısqanclıqdan ötrü sizi imanınızdan sonra küfrə qaytarmaq istəyərlər. Siz hələlik, Allah onlar haqqındakı əmrini gətirincəyə qədər əfv edin, etdiklərini anlayışla qarşılayın. Şübhəsiz ki, Allah hər şeyə haqqı ilə qadirdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhlinin bir çoxu haqq onlara aydın olduqdan sonra da iman gətirmiş olduğunuz halda paxıllıqdan sizi kafirliyə qaytarmaq istərlər. Allah öz əmrini göndərənə qədər onları əfv edib bağışlayın. Həqiqətən də Allah hər şeyə qadirdir !
Sabirə Dünyamalıyeva:
Kitap əhlindən bir çoxu, həqiqət özlərinə aşkar olduğu halda, təbiətlərindəki qısqanclıqdan ötrü sizi iman gətirəndən sonra kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] olmağa çevirmək istəyir. Buna baxmayaraq siz, Allahın əmri gələnə qədər əfv edin, qınamayın. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı qadirdir.