Taha Surəsi 109. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün ər-Rəhmanın izn verdiyi söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
O gün Rəhmanın izin verdiyi söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!
Elmir Quliyev :
В тот день заступничество не поможет никому, кроме тех, кому Милостивый позволит и чьими речами Он будет доволен.
Ələddin Sultanov:
O gün Rəhmanın izin verdiyi söz deməsinə razılıq verdiyi kimsədən başqasının şəfaəti fayda verməyəcəkdir.
Kerbelayi Malik ağa:
İzn günü Rəhmanın özünə izn verdiyi sözündən razı olduğu (təsərrüf rizasının sahibi) kimsədən başqasının şəfaəti bir fayda verməz.
Ələsgər Musayev:
O gün heç kəsin şəfaəti mənfəət verməz, ancaq o kəsdən başqa ki, Rəhman ona izn verə onun sözlərindən razıdır O!
A.Mehdiyev və D.Cəfərli:
Həmin gün (cəzanın tam aradan götürülməsi ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.
Kövsər Tağıyev:
O gün Rəhmanın izin verdiyi sözündən razı qaldığı kəsdən başqa heç kimin şəfaəti fayda verməz.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü mərhəmətli Allahın izn verdiyi söz deməsinə razı olduğu kəslərdən başqa kiminsə kiməsə havadarlıq etməsi bir fayda verməyəcəkdir.
Sabirə Dünyamalıyeva:
O gün Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] icazə verdiyi söz deməyindən razı qaldığı kəslər istisna olmaqla, kömək-dəstək fayda verməz.