Möminun Surəsi 109. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər.
Bünyadov-Məmmədəliyev:
Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” deyirdilər.
Elmir Quliyev :
Воистину, некоторые из Моих рабов говорили: “Господи! Мы уверовали. Прости же нас и помилуй, ибо Ты Наилучший из милосердных”.
Ələddin Sultanov:
Həqiqətən, qullarımdan elə bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Elə isə, bizi bağışla bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!” - deyirdilər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, qullarımdan bir qrup belə deyər: ‘Rəbbimiz, biz amənu olduq. Artıq bizi məğfirət et bizə rəhmət et. Sən Rəhim olanların ən xeyirlisisən.’
Ələsgər Musayev:
Həqiqətən, Mənim bəndələrimdən bir firqə deyənlər oldular: “Rəbbimiz! Biz inandıq bağışla bizi rəhm et bizə Sən rəhm edənlərin xeyirlisisən!”
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə bizi bağışla bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.
Kövsər Tağıyev:
Qullarımdan “Ey Rəbbimiz! Biz inandıq, bizi bağışla, bizə rəhm et, sən rəhm edənlərin ən xeyirlisisən” deyən bir dəstə var idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəndələrimdən bir qismi deyirdi: "Rəbbimiz, biz iman gətirdik. Bizi bağışla bizə rəhm et, axı Sən rəhm edənlərin ən yaxşısısan".
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Mənim bəndələrimdən bir dəstə: "Ey Rəbbimiz! Biz iman etdik; artıq bizi bağışla, bizə mərhəmət et, Sən rəhm edənlərin ən yaxşısısan!" deyirdi.