Əlixan Musayev:
(Kafirlər) Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”
Bünyadov-Məmmədəliyev:
(Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (möcüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!”
Elmir Quliyev
:
Именем Аллаха они принесли величайшие клятвы о том, что если к ним явится знамение, они непременно уверуют в него. Скажи: "Знамения находятся у Аллаха. И откуда вам знать, что они не уверуют, если даже оно придет к ним?"
Ələddin Sultanov:
Allaha ürəkdən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman gətirməyəcəklərini bilmirsinizmi?”
Kerbelayi Malik ağa:
Əgər onlara bir ayə (möcüzə) gələrsə, ona mütləq inanacaqlarına dair Allaha ən qüvvətli andları ilə and içdilər. ‘Şübhəsiz ki, ayələr (möcüzələr) ancaq Allahın dərgahındadır (İndi İlahidədir)’ de. (Ayə) gəldiyi zaman onların inanmayacaqlarının siz fərqində deyilsiniz.
Ələsgər Musayev:
Onlar Allah ilə möhkəm and içirlər ki, əgər onlara ayət gələrsə, onun ilə inanarlar. De: «Ayətlər Allah yanındadır və sizin nə şüurunuz var ki, onda o gələrsə, inanmayacaqlar?
A.Mehdiyev və D.Cəfərli:
Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddiaçının öhdəsinədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?
Kövsər Tağıyev:
Əgər onlara (başqa) bir möcüzə gələrsə, mütləq ona inanacaqlarına dair ən möhkəm andları ilə Allaha and içdilər. De ki: “Möcüzələr ancaq Allah qatındadır. O möcüzələr gəldiyi zaman yenə də inanmayacaqlarını siz nə biləsiniz?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ən ülvi andlanna - Allaha and içdilər ki, onlara bir ayə gələrsə mütləq ona inanacaqlar. De: "Ayələr ancaq Allahın dərgahındadır. Ayələr gəldikdə isə inanmayacaqlarını anlamazsınızmı?"
Sabirə Dünyamalıyeva:
Və şərik qoşanlar, onlara bir bir işarət/nişan gəlsə, ona həqiqətən iman edəcəklərinə dair ən böyük andlarıyla Allaha möhkəm and içdilər. De ki: "İşarətlər/nişanlar Allah dərgahındadır." Onlara işarətlər/nişanələr gəldiyində də iman gətirməyəcəklərini başa düşmürsünüzmü?