Yusif Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey atamız! Sənə olub ki, Yusufu bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən üçün onu bizə etibar etmirsən?
Elmir Quliyev :
Они сказали: отец наш! Почему ты не доверяешь нам Йусуфа (Иосифа)? Воистину, мы желаем ему добра.
Ələddin Sultanov:
Onlar dedilər: “Ay ata! Sənə olub ki, Yusif barəsində bizə etibar etmirsən? Halbuki, biz onun yaxşılığını istəyirik.
Kerbelayi Malik ağa:
‘Ey atamız! Sənə oldu? Yusif (barəsində) bizə etibar etmirsən. Şübhəsiz ki, biz onun yaxşılığını istəyənlərik.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay atamız, olubdur ki, sən Yusif barəsində bizə əmin deyilsən? Bir surətdə ki, biz onun üçün xeyir istəyənlərik.
A.Mehdiyev və D.Cəfərli:
(Sonra atalarının yanına gəlib) dedilər: «Ey atamız, sənə olub ki, Yusufu (saxlamağı) bizə etibar etmirsən? Halbuki, şübhəsiz, biz onun xeyrini istəyənlərik.
Kövsər Tağıyev:
Atalarına belə dedilər: “Ey atamız! Yusuf barəsində bizə niyə güvənmirsən? Halbuki biz onun yaxşılığını istəyən kəslərik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Ey atamız, biz Yusufun yaxşılığını istədiyimiz halda sənə olub ki, Yusufu bizə etibar etmirsən?
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Ey ata! Sən üçün bizə Yusifi etibar etmirsən? Halbuki biz həqiqətən Onun yaxşılığını istəyirik.